Özünü Krım körpüsündə partladılan yük maşınının sahibi adlandıran Samir Yusubov videomüraciət edib.
Lent.az bildirir ki, müvafiq müraciəti “Baza” Telegram kanalında yayılıb.
Yayımlanan görüntülərdə 1996-cı il təvəllüdlü kişi körpüdəki fövqəladə vəziyyətlə heç bir əlaqəsinin olmadığını deyir.
Samir Yusubov
“Yük maşını mənim üçün qeydiyyatdan keçib, onu əmim, atamın əmisi oğlu Mahir Yusubov işlədir. O, bütün həyatı boyu yük daşınması ilə məşğul olub”, - yük maşınının sahibi bildirib.
***
19:58
İlkin məlumata görə, Krım körpüsündə partlayan yük avtomobilini maşının sahibinin əmisi, 51 yaşlı Mahir Yusubov idarə edib.
Lent.az bildirir ki, “Baza” Telegram kanalının məlumatına görə, qohumları onu təhlükəsizlik baxışı görüntülərindən tanıyıblar.
Onların sözlərinə görə, avtomobilin faktiki sahibi şəxsi daşıma ilə məşğul olan Mahir olub. Bir ildən bir qədər çox əvvəl o, avtomobili qardaşı oğlu Samir Yusubovun adına rəsmiləşdirib, lakin özü onunla işləməyə davam edib.