Moskvada azyaşlı ürək dərmanından zəhərlənərək ölüb. Valideynlər dərmanı təsadüfən stolun üstünə qoyublar.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə yanvarın 20-də günorta saatlarında paytaxtın Tepli Stan rayonundakı mənzildə baş verib. Evdə bir yaş yarım olan oğlan anası və 7 yaşlı bacısının yanında olub.
Ailə üzvləri diqqəti yayındırıb öz işləri ilə məşğul olarkən, körpə mətbəx masasında aritmiya və taxikardiya üçün təyin olunan həbləri olan parlaq bir paket görüb. O, onlardan bir neçəsini yeyib və dərhal halı pisləşib.
Qadın təcili yardım çağırıb, lakin həkimlər körpəyə kömək edə bilməyiblər və onun öldüyünü bildiriblər.
Faktla bağlı araşdırma aparılır.