Kişi vərəm klinikasından kolbasa oğurlamaq üçün qaçıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, insident Nijni Novqorod vilayətinin Kstovo şəhərində baş verib.
Məlumata görə, vərəmin açıq forması olan 49 yaşlı xəstə 9 ay müəssisədə qalıb. Xəstəxanadan bezdiyi üçün qaçaraq, ərzaq mağazasını soymaq istəyib.
Həmin şəxs xəstəxanadan çıxaraq, mağazanın şüşələrini sındırıb. 10-a yaxın kolbasa oğurlayaraq, dispanserə qayıdıb. Tibb işçiləri xəstənin əməlləri barədə heç nə bilmirlər və maddi sübut kimi kolbasaları görməyiblər.
Hadisə ilə bağlı araşdırma aparılır.