Kişini  döyüb öldürən   4 azərbaycanlının məhkəməsi başlayır -  VİDEO
05 fevral 2024 19:56 (UTC +04:00)

Kişini döyüb öldürən 4 azərbaycanlının məhkəməsi başlayır - VİDEO

Krasnoyarsk diyarında bir nəfəri öldürməkdə və iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən 4 azərbaycanlıya qarşı cinayət işi başa çatıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə ağır cinayət  2023-cü il avqustun 26-da Şarıpovo şəhərində törədilib. İstintaq müəyyən edib ki, səhər saat 6 radələrində 7-ci mikrorayon ərazisindəki barın yanında 3 nəfər sərxoş vəziyyətdə içəri girən qonaqlarla mübahisə edib. Daha sonra hadisənin şahidi olan evli cütlük münaqişəyə müdaxilə edib.

Münaqişə zamanı hücumçulardan biri sonuncuya dərs vermək qərarına gələrək qardaşına zəng edərək kömək istəyib.

“O gələndən sonra çəkiclərlə silahlanmış şəxslər ətrafdakılara öz üstünlüklərini nümayiş etdirmək, günahkarları tapıb cəzalandırmaq qərarına gəliblər. 6-cı mikrorayon küçəsi ilə gəzən təqsirləndirilən şəxslər mağazanın yanında ər-arvad və onların dostunu görüb. Onlar qadının 27 yaşlı ərinə hücum edərək, onun bədəninin müxtəlif hissələrinə, o cümlədən çəkiclə vurmağa başlayıblar. 25 yaşlı qadın və 30 yaşlı tanışı təqsirləndirilən şəxslərin cinayət əməllərinin qarşısını almağa çalışıblar. Bu zaman onlardan biri bıçağı çıxararaq zərərçəkənlərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməyə başlayıb. Ərlə arvad xəstəxanaya çatdırılıb, onların tanışı aldığı xəsarətdən yerindəcə keçinib”, - İstintaq Komitəsindən bildirilib.

Hadisənin ertəsi günü azərbaycanlılar saxlanılaraq nəzarətə götürülüb. Şübhəlilərin 28, 29, 34 və 36 yaşlarında olduğu bildirilir. 5 aydan sonra İstintaq Komitəsi iş üzrə araşdırmanı başa çatdırıb. Materiallar prokurorluğa göndərilib, azərbaycanlıları məhkəmə gözləyir. Həmin şəxslər qətl, üç nəfəri öldürməyə cəhd və zorakılıqla xuliqanlıqda ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4662
avatar

Oxşar yazılar