Moskvada 45 yaşlı kişi qonşusunu güllələyib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Yeqoryevski şəhərində baş verib.
İki qonşu, 36 yaşlı maşın avadanlıqları satıcısı və 45 yaşlı maşın ustası gecə yarısı qadınla münasibət üstündə mübahisə ediblər. Sonra dava edən kişilərdən biri evə gedib, ikincisi isə silahını öz evindən götürüb 1-ci mərtəbədəki mənzilin açıq pəncərəsindən rəqibini güllələyib. Bundan sonra özü polisə müraciət edib. Qətldə şübhəli şəxs saxlanılıb, onun əvvəllər də xuliqanlıq maddəsi ilə məhkum olunduğu məlum olub.