Sverdlovsk vilayətinin Sisert şəhəri yaxınlığındakı kənddə İkinci Dünya Müharibəsindən qalma təyyarə döyüş sursatı aşkarlanıb.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, yerli sakin Rusiya Qvardiyasının ərazi idarəsinin növbətçi hissəsinə bildirib ki, onun Zapovednik kottec qəsəbəsində yerləşən ərazisində İkinci Dünya Müharibəsindən qalma döyüş sursatlarına bənzəyən şübhəli əşya var. Kəndli bunu torpaq sahəsində əkin işləri görərkən tapıb.
Rusiya Qvardiyasının OMON-un mühəndis-texniki şöbəsinin növbətçi qrupu dərhal hadisə yerinə yola düşüb. Partlayıcı maddələr üzrə mütəxəssislər şübhəli obyektin 1941-ci il model aviasiya təlim bombası olduğunu müəyyən ediblər. Sursatın təhlükə yaratmadığı bildirilir.
Hava bombası istintaq-əməliyyat qrupuna təhvil verilib.