Kənddəki toy ev sahibinə baha başa gəldi
01 sentyabr 2021 10:02 (UTC +04:00)

Kənddəki toy ev sahibinə baha başa gəldi

Qusarda toy sahibi barəsində protokol tərtib olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qusar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Suvucal kəndində keçirilən toy məclisində nöqsanlar aşkarlanıb.

Məclisin təşkilatçısı, rayon sakini Qəhrəman Pirsaatov əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi toplaşdığı toy mərasimi təşkil edib.

Q.Pirsaatov barəsində qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2373
avatar

Mehman Nəbiyev

Oxşar yazılar