Kənddə qəza:   yaralılar var
30 oktyabr 2021 21:33 (UTC +04:00)

Kənddə qəza: yaralılar var

0

Qazaxda yol-nəqliyyat hadisəsi baş  verib. 

Lent.az-ın APA-ya istinadla  məlumatına görə hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb. 

Hərəkətdə olan "Mersedes" markalı minik maşını ilə digər minik avtomobili toqquşub. Qəza zamanı  54 yaşlı  Əhmədov Bahadur və 26 yaşlı Əhmədov İlham xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3106

Oxşar yazılar