Qaxda 63 yaşlı kişini vuran sürücü hadisə yerindən qaçıb.
Lent.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Turaclı kəndində baş verib.
Kənd sakin Bayram Əliş oğlu Nəzərəliyevi “Tofaş” markalı minik avtomobili vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan B. Nəzərəliyev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib, vəziyyəti ağır qiymətləndirilir.
Hadisədən sonra “Tofaş” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki Regional Qrupunun rəhbəri Mahir Məsimov bildirib ki, sürücünün saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Vüqar Heydərov