Kənd sakini FACİƏLİ   şəkildə öldü
07 noyabr 2021 00:16 (UTC +04:00)

Kənd sakini FACİƏLİ şəkildə öldü

0

Sabirabad sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonu ərazisində qeydə alınıb. 

Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1961-ci il təvəllüdlü Məstəliyev Sakit Ramiz oğlunu yüksək gərginlikli elektrik enerjisi vurub. 

Nəticədə ağır xəsarətlər alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 60 yaşlı kişi bir neçə saatdan sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2898

Oxşar yazılar