Kəlbəcərdə Azərbaycan hərbçisi minaya düşərək  həlak olub  - YENİLƏNİB
05 avqust 2022 21:12 (UTC +04:00)

Kəlbəcərdə Azərbaycan hərbçisi minaya düşərək həlak olub - YENİLƏNİB

Avqustun 5-i Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin minaya düşməsi barədə məlumat daxil olub.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

***

Saat 20:55

Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

“Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!”, - deyə məlumatda bildirilir.

# 4446
avatar

Oxşar yazılar

Azərbaycanda mülki polis özünü asdı

Azərbaycanda mülki polis özünü asdı

4 may 2024 , 10:02
Qaxda mağaza sahibindən oğurluq edilib - VİDEO

Qaxda mağaza sahibindən oğurluq edilib - VİDEO

4 may 2024 , 09:24
Bakının bu yolunda sürət həddi endirildi - YENİLƏNİB

Bakının bu yolunda sürət həddi endirildi - YENİLƏNİB

4 may 2024 , 07:45
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27