Keçmiş təhlükəsizlik zabiti məktub yazıb özünü öldürdü
18 oktyabr 2024 16:38 (UTC +04:00)

Keçmiş təhlükəsizlik zabiti məktub yazıb özünü öldürdü

Rusiyada keçmiş təhlükəsizlik əməkdaşı ağır xəstəlik səbəbilə yaşadığı mənzildə intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə oktyabrın 17-də baş verib. İntihar qeydində 71 yaşlı təqaüdçü bütün bədənində sonsuz ağrılardan əziyyət çəkdiyini izah edib.

Keçmiş təhlükəsizlik zabitinə təxminən üç il əvvəl ayaqlarına xəstəlik diaqnozu qoyuldu. Xəstəliyə həyat yoldaşının ölümündən qaynaqlanan stress səbəb olub. 

Sonrakı bir neçə il ərzində kişi özəl və dövlət klinikalarında müalicə olunub, lakin görülən tədbirlər nəticə verməyib. Ayaqların qanqrenası adamın mənzildə demək olar ki, təkbaşına hərəkət edə bilməməsinə gətirib çıxarıb və bundan bezən kişi özünü öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041
avatar

Oxşar yazılar