“Dünya gözəli” müsabiqəsinin keçmiş qalibi, model Norma Kappali doğma şəhərində baş verən yol qəzasından sonra həyatını itirib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, nəqliyyat vasitəsi dekabrın 17-də onun Buones-Ayresdəki evinin yaxınlığındakı dayanacaqda 81 yaşlı Kappalinin üstündən keçib. O, aldığı xəsarətlərdən dekabrın 23-də xəstəxanada ölüb.
Avtobusun sükanı arxasında adı açıqlanmayan 28 yaşlı sürücü olub.
Norma Qledis Kappali – argentinalı model kimi 1960-cı ildə dünya gözəli müsabiqəsinin qalibi olub. O, həmin titulu qazanan birinci argentinalıdır. Müsabiqə Londonda keçirilib, mükafat kimi ona 500 funt sterlinq və idman maşını verilib. Kappali bundan sonra böyük dəb evləri, o cümlədən Armani və Dior ilə əməkdaşlıq edib, bir neçə il Braziliyada yaşayıb.