Karantini pozan çayxanada 15 nəfər cərimələndi
07 yanvar 2021 10:33 (UTC +04:00)

Karantini pozan çayxanada 15 nəfər cərimələndi

Astarada karantin rejimini pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsinin əməkdaşları rayonun Rüdəkənar kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlayıb. Həmin vaxt orada obyektin sahibi Q.Mirzəyevlə yanaşı 14 nəfər müştərinin də olduğu müəyyən edilib. Onlar Polis Şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1554
avatar

Mehman Nəbiyev

Oxşar yazılar