Baş Prokurorluqda yeni kadr təyinatı olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə tutduğu vəzifədən azad olunub. Bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, G. Səlimzadə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təyinat alıb.
Fakt Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Lent.az-a təsdiqlənib.
***
13.12.2022
Saat: 19:06
Baş Prokurorluğun iki vəzifəli əməkdaşı işdən çıxarılıb.
Lent.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ramil Məcidov və Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə tutduqları vəzifələrdən azad ediliblər.
Qeyd edək ki, həmin şəxslərin Baş Prokurorluğun saytında vəzifələrinin qarşısında qeyd olunan adları da siyahıdan çıxarılıb.