Gəncədə kafe qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 23-nə keçən gecə Yeni Gəncə qəsəbəsi ərazisindəki kafelərin birindən 2600 manat dəyərində məişət əşyaları oğurlanıb.
Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Gülüstan qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.