Kafedə şaurmadan   kütləvi ZƏHƏRLƏNMƏ
02 fevral 2024 10:38 (UTC +04:00)

Kafedə şaurmadan kütləvi ZƏHƏRLƏNMƏ

Rusiyanın İrkutsk vilayətində şaurmadan kütləvi zəhərlənmə olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İrkutsk şəhərinin Leninski rayonunda kafedə baş verib. İstintaq komitəsi bir neçə nəfərin zəhərlənməsindən sonra təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açıb.

Müəyyən edilib ki, iaşə obyektlərindən birində yemək yedikdən sonra bir neçə nəfər qidadan zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Xəstələr arasında iki uşaq da var. Xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.

Hazırda müstəntiqlər zərərçəkmişləri və şahidləri dindirir, həmçinin kafeyə baxış keçirirlər.

Teleqram kanallarının məlumatına görə, ümumilikdə 12 nəfər qidadan zəhərlənib, onların əksəriyyəti xəstəxanaya yerləşdirilməli olub. Məlumata görə, onların hamısı Leninski rayonundakı bir müəssisədə şaurma alıblar. Doqquz böyük və iki uşaq xəstəxanaya aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4242
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26