Bakının Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Bayıl qəsəbəsində, "Jurnalistlərin binası"nın qarşısında qeydə alınıb.
Yük maşının sürücüsü yolu keçən piyadanı vurub.
Əraziyə polis əməkdaşları cəlb edilib.