“Jiquli” həyətdə alışdı
13 iyun 2023 20:57 (UTC +04:00)

“Jiquli” həyətdə alışdı

0

Balakəndə minik avtomobili yanıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, yanğın hadisəsi bu gün günorta saatlarında  rayonun Talalar kəndində baş verib.  Kənd sakini  Həsrətəli Əsəbəli oğlu Ömərovun yaşadığı evin həyətyanı sahəsində olan və ona məxsus “VAZ-2106” markalı minik avtomobilində qəfildən yanğın baş verib.  

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin  yanğınsöndürən maşını və  şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2109

Oxşar yazılar