Hacıqabulda itkin kimi axtarılan qadınının yeri məlum olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, ailəsi tərəfindən yanvarı 13-dən itkin düşdüyü qeyd edilən Hacıqabul rayon sakini, 34 yaşlı Soltanova Aygül Əzizağa qızının Bakı şəhərində olduğu qeyd edilib.
Ailəsinə məlum olub ki, Aygül Soltanova boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.
Bu barədə onun həyat yoldaşı APA-nın Mil-Muğan bürosuna bildirib. Onlar bu barədə polisi də məlumatlandırıb.