İstirahət günləri yollarda 5 nəfər ölüb
13 dekabr 2021 13:39 (UTC +04:00)

İstirahət günləri yollarda 5 nəfər ölüb

0

Respublikanın daxili işlər orqanları çənbə və bazar günləri törədilən 66 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər  Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 76 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 58  nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş veri. Nəticədə 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatla bağlı 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1185

Oxşar yazılar