İstanbulda  güclü partlayış
12 yanvar 2023 18:42 (UTC +04:00)

İstanbulda güclü partlayış

İstanbulun qərbində biznes mərkəzində yerləşən tekstil sexində güclü partlayış baş verib

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, hadisə Bağçılar ərazisində baş verib. Yayımlanan kadrlardan görünür ki, güclü partlayış binadan qopan parçaları küçəyə səpələyib, səki ilə gedən insanlar şüşə və beton parçalarından xilas olmaq üçün müxtəlif insanların arasına qaçıblar.

Hadisə yerinə yanğınsöndürənlər və tibb işçiləri gəlib, xəsarət alanlar var. Hadisənin səbəbləri müəyyənləşdirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2091
avatar

Oxşar yazılar