İsmayıllıda narkotacir saxlanıldı - VİDEO
19 oktyabr 2024 11:34 (UTC +04:00)

İsmayıllıda narkotacir saxlanıldı - VİDEO

İsmayıllıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı İxtiyar Mehdiyev saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 25 ədəd çətənə kolu, 4 kiloqram marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar olunub. İ.Mehdiyevin narkotik vasitələri qazanc əldə etmək məqsədilə saxladığı müəyyən olunub. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar