İsmayıllıda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə dünən gecə saatlarında İsmayıllı rayonunun Ruşan kəndi ərazisində baş verib. “VAZ-21063” markalı avtomobilin sürücüsü Varis Ağayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı ağaca çırpılıb, daha sonra isə çökəkliyə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 36 yaşlı rayon sakini Samir Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü və digər sərnişin Tərlan Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində cinayət işi başlanılıb.