1 ay əvvəl itkin düşən İsmayıllı rayon sakinləri Ağaverdi Xəilov və həmyaşıdı Aytac Mayılova tapılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, İsmayıllı rayonunda itkin düşən 2004-cü il təvəllüdlü Aytac Mayılova və Ağaverdi Xəlilov Bakı şəhərində tapılıb, axtarışlar dayandırılıb.
Qeyd edək ki, 19 yaşlı Ağaverdi və həmyaşıdı Aytac iyulun 9-da gecə saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıblar.