İsmayıllıda can verən atları kəsdilər - FOTO
14 oktyabr 2022 18:13 (UTC +04:00)

İsmayıllıda can verən atları kəsdilər - FOTO

İsmayıllıda can verən atlar kəsilib.

Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən Lent.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş reyd zamanı İsmayıllı rayonu, Yuxarıbaş kəndində vətəndaş Ziliyev Vüqar Təşkilat oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi çəkisi 210 kq 2 baş at cəmdəyi qalıqları aşkarlanıb. İlkin araşdırmalar nəticəsində heyvanın aqoniya halında kəsildiyi və istehlaka yararsız olduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulun toxunulmazlığı təmin edilib və nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1938
avatar

Oxşar yazılar