Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları İvanova vilayətində əməliyyat keçirib.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, “Ət-Təkfir Vəl-Hicrə” ekstremist dini qruplaşmasının 7 üzvü saxlanılıb. Onlardan 3-ü Rusiya, 4-ü Azərbaycan vətəndaşıdır.
İlkin araşdırmaya əsasən, onlar İŞİD-ə maliyyə yardımı göstərməkdə şübhəli bilinirlər.