İş adamının evindən milyonlarını oğurladılar
11 oktyabr 2024 12:37 (UTC +04:00)

İş adamının evindən milyonlarını oğurladılar

Rusiyanın Sankt-Peterburq şəhərində naməlum şəxslər sahibkarın evindən milyonlarla rubl oğurlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Osinovaya Roşçadakı fərdi evdə baş verib. Zərərçəkənin sözlərinə görə, hadisə baş verən gün o, həyat yoldaşı ilə birlikdə doğum evindən qayıdıb. O, evdə iki naməlum şəxsin olduğunu görüb.

Soyğunçular onun ailəsini hədələməyə başlayıblar, bundan sonra biznesmenin 6,9 milyon rublu (121 min 440 manat), qızıl-zinət əşyaları və bahalı saatı oğurlanıb. Bundan əlavə, sahibkar iki avtomobilin alqı-satqısı müqaviləsini imzalayıb.

Ümumilikdə evdən 46,8 milyon rubl (təxminən 823 min 680 manat) çıxarılıb. Ev sahibi polisə şikayət edib. Faktla bağlı hüquq-mühafizə orqanları cinayət işi açıb və hazırda baş verənləri araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2478
avatar

Oxşar yazılar