Başqırdıstan Respublikasının Belebey şəhərində reket və soyğunçuluqla məşğul olan dəstə saxlanılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dəstəyə azərbaycanlı Rəşad Mustafabəyli başçılıq edirmiş.
Yerli prokurorluğun məlumatına görə, onlar yerli iş adamlarından hədə-qorxu yolu ilə 3 milyondan 30 milyon rubla qədər xərac alırlarmış. 36 yaşlı Rəşad Mustafabəylinin əvvəllər iş adamı olduğu bildirilir
Amma biznesdə uğur qazana bilmədiyindən bir neçə yerli kriminalla cinayətkar dəstə yaradıblar.