Fevralın 7-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin hərbi qulluqçularının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu, Arus kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kiloqram 70 qram heroin, 1 kiloqram 25 qram metamfetamin) bənzər maddələr aşkarlanaraq götürülüb.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.