İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
08 avqust 2024 14:27 (UTC +04:00)

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Avqust ayının 5-də saat 19:32-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqram 630 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498
avatar

Oxşar yazılar