İrandan Azərbaycana 39 kilo narkotikin keçirilməsinin qarşısı alındı - FOTO
06 oktyabr 2023 10:52 (UTC +04:00)

İrandan Azərbaycana 39 kilo narkotikin keçirilməsinin qarşısı alındı - FOTO

0

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinə cəhd edilib.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə oktyabrın 6-da saat 0:23-də “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. Sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 39 kiloqram 658 qram narkotik vasitə və 700 ədəd Metadon M-40 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2353

Oxşar yazılar