İrandan Azərbaycana 21 kilodan çox narkotik  keçirilməsinin qarşısı alındı
04 iyul 2023 11:34 (UTC +04:00)

İrandan Azərbaycana 21 kilodan çox narkotik keçirilməsinin qarşısı alındı

0

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə iyulun 2-də saat 3:05-də “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. 5 kiloqram 870 qram narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

İyulun 3-də saat 13:30-da “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqram 480 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

İyulun 4-də saat 0:45-də “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 5 kiloqram 395 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1697

Oxşar yazılar