İrandan 4 kilodan çox narkotikin keçirilməsinin qarşısı alındı - FOTO
08 iyul 2023 13:24 (UTC +04:00)

İrandan 4 kilodan çox narkotikin keçirilməsinin qarşısı alındı - FOTO

0

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə iyulun 7-də saat 22:40-da “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində  4 kiloqram 372 qram narkotik vasitə marixuana, 78 qram heroin və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1920 ədəd “preqobalin – 150” həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1768

Oxşar yazılar