İrandakı aksiyalarda öldürülən güneyli gənclərin SİYAHISI
29 yanvar 2026 15:10 (UTC +04:00)

İrandakı aksiyalarda öldürülən güneyli gənclərin SİYAHISI

0

İrandakı etirazlarda öldürülən 7 güneyli gəncin kimliyi məlum olub.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, İranın və Güney Azərbaycanın müxtəlif şəhərlərində baş verən son etirazlar zamanı öldürülən daha 7 etirazçının şəxsiyyəti müəyyən edilib. 

Onlar aşağıdakılardır:

• Əhməd Ancəfi, Ərak – uzun məsafəli qaçış üzrə çempion.  Yanvarın 8-də keçirilən etiraz aksiyası zamanı həyatını itirib.

• Məhəmməd Fateh, 26 yaş, Qəzvin –  etirazlar zamanı hökumət qüvvələrinin birbaşa atəşi nəticəsində öldürülüb.

• Əsəl Şakiri, 23 yaş, Təbriz – fotoqraf və videoqraf. Cəsədi 12 gün sonra ailəsinə təhvil verilib.

• Məhəmmədhüseyn Vusuqi, 21 yaş, Ərak – sinəsinə dəyən güllə nəticəsində öldürülüb. Cəsədi beş gün sonra ailəsinə təhvil verilib. 

• Pərəstu Cərrahiyan, 23 yaş, Ərak – Etirazların gərginləşdiyi zaman güllə yarası alıb və xəstəxanaya aparıldıqdan bir neçə saat sonra vəfat edib.

• Əli Nuri, 17 yaş, Ərak – təhlükəsizlik qüvvələrinin birbaşa atəşi nəticəsində qətlə yetirilib.

• Arif Gülməhəmmədi, 24 yaş, Kərəc –  Yanvarın 9-da öldürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar