İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub.
Zəlzələlərin tədqiqatı bürosundan Lent.az-a verilən məlumata əsasən, yerli vaxtla saat 21:57-də Naxçıvan stansıyasından 78 km cənub-qərbdə Iran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 5,5, dərinliyi 5 km olub.
APA-nın Tehran bürosunun məlumatına görə, İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Yerin 6 kilometr dərinliyində qeydə alınıb.
Hələlik dəymiş ziyan və dağıntılar barədə məlumat yoxdur.