İpoteka krediti  götürmək istəyəni aldadıb 40 min manatını  aldı
19 oktyabr 2024 14:46 (UTC +04:00)

İpoteka krediti götürmək istəyəni aldadıb 40 min manatını aldı

Şirvanda dələduzluq etdiyinə görə axtarışda olan əvvəllər məhkum olunmuş Rövşən Qasımov saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, R.Qasımov bir nəfər Şirvan sakininə özünə məxsus evi satacağı, eləcə də ipoteka krediti götürməyə köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənin 40000 manatını ələ keçirib.

R.Qasımov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441
avatar

Oxşar yazılar