Rusiyada gənc oğlan fahişə xidmətindən istifadə edərkən bir milyon rubldan çox (təxminən 17 min manat) pul itirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Rubtsovsk şəhərinin 23 yaşlı sakini intim xidmətlərin göstərilməsi üçün reklamların yer aldığı vebsayt tapıb.
Bir qız onun zənginə cavab verib və izah edib ki, təhlükəsizlik üçün əvvəlcədən sığorta haqqı ödəməlidir. Xidmət göstərildikdən sonra ona qaytarılacaqdır.
Kişi razılaşıb və "təhlükəsizlik xidmətinə" demək olar ki, 59 min rubl (təxminən 1000 manat) köçürüb. Lakin ona deyiblər ki, pul hesaba oturmayıb. Bu ödənişi oğlan dəfələrlə yerinə yetirib. Amma "təhlükəsizlik xidməti" adı ilə ödədiyi məbləğ ona geri qaytarılmayıb. Gözəl bir qızla tanış olmaq istəyən oğlan fırıldaqçılıqla üzləşib. Pulları aldıqdan sonra fırıldaqçılar əlaqəni kəsib və aldadılan gənc polisə müraciət edib.