Lənkəranda 2 uşaq atası intihar edib.
Lent.az xəbər verir ki, hadisə rayonun Boladı kəndində qeydə alınıb.
Kənd sakini, 1975-ci il təvəllüdlü Şəhriyar Ağoyil oğlu Orazcanzadə yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb.
Yaxınları onun asılmış meyiti aşkar ediblər. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, mərhum ailəli olub və iki övladı var.
Faktla bağlı Lənkəran Prokurorluğu tərəfindən araşdırma aparılır.
İlkin Rzayev