İki qadın qurbanlıq üçün öldürüldü
14 oktyabr 2022 19:43 (UTC +04:00)

İki qadın qurbanlıq üçün öldürüldü

Hindistanın Kerala ştatında polis iki qadını qurbanlıq üçün öldürməkdə şübhəli bilinən üç nəfəri həbs edib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir neçə ay fərqlə öldürülən qadınların qalıqları ötən çərşənbə axşamı aşkar edilib.

Polisdən verilən məlumata görə, müttəhimlər - evli cütlük və başqa bir kişi qurbanları öldürməzdən əvvəl onlara "vəhşicəsinə işgəncə veriblər". Həbs olunanların törətdikləri cinayətləri etiraf etdikləri qeyd edilir.

Dəhşətli hadisə Hindistanın ən mütərəqqi əyalətlərindən biri hesab edilən Kerala əhalisini şoka salıb.

Polisdən bildirilib ki, müttəhimlər Ayurveda "şəfa verən" Bhaqaval Sinqh, onun həyat yoldaşı Layla və İdukki bölgəsindən olan "okkult praktikantı" Məhəmməd Şafidir.

Koçin polis komissarı K.H. Naqaracu qətllərin dörd ay ərzində baş verdiyini və onların "maliyyə qazancı" üçün edilən ritualın bir hissəsi olduğundan şübhələndiyini söyləyib.

Hindistanın bəzi yerlərində "qara sehr" hələ də tətbiq olunur - insanlar ritualların firavanlıq gətirə biləcəyinə, uşaqsız qadınların dünyaya uşaq gətirməsinə kömək edə biləcəyinə, xəstəlikləri sağaltmağa və hətta yağışı artıra biləcəyinə inanırlar.


 

# 2739
avatar

Oxşar yazılar