İki gün dalbadal narkotiklə tutuldu - polislər ŞOKDA
01 iyun 2024 17:28 (UTC +04:00)

İki gün dalbadal narkotiklə tutuldu - polislər ŞOKDA

Rusiyanın Krasnoyarsk diyarında 53 yaşlı kişi iki gün dalbadal narkotiklə polis tərəfindən tutulub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kuraqinski rayonunda baş verib. Polis “Nissan” markalı avtomobili saxlayıb və sənədlərini yoxlayıb. Bu zaman o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına narkotikdən istifadə etdiyini etiraf etsə də, tibbi müayinədən imtina edib.

Daha sonra təhlükəsizlik qüvvələri onun avtomobilinə baxış keçirib və təxminən yarım kiloqram sintetik narkotik aşkar ediblər. Xarici avtomobil onun əlindən alınıb. Müayinədən imtina etdiyinə görə həmin şəxs barəsində inzibati protokol tərtib edilib və narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi açılıb.

Ancaq ertəsi gün hüquq-mühafizə orqanlarının əməkdaşları yenidən təqsirləndirilən şəxslə maşın sürərkən qarşılaşıblar. Onu yenidən saxlayıblar və avtomobilində axtarış aparılıb. Nəticədə həmin şəxsin üzərində 19 qram narkotik vasitə aşkar edilib. O, saxlanılıb.

Ona qarşı ikinci cinayət işi açılıb və barəsind həbs qətimkan tədbiri seçilib. Onu 20 ilə qədər həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3535

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15