Yol qəzasında həyatını itirən Zaqatalanın icra başçısının sürücüsünün fotosu yayılıb.
Lent.az sürücü Laçın Hacıyevin fotosunu və qəza yerindən görüntüləri təqdim edir:
_1786338416.jpeg)
***
saat 00:30
Zaqatalada ağır yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Opel" və "VAZ-2199" markalı avtomobillər toqquşub.
Nəticədə "VAZ-2199"un sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb.
Qəza nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilir.
Əldə etdiyimiz məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.
Faktla bağlı araşdırma aparılır.