İçkili şəxslər “KamAZ”la toqquşmaya səbəb oldu - FOTO
12 oktyabr 2022 02:36 (UTC +04:00)

İçkili şəxslər “KamAZ”la toqquşmaya səbəb oldu - FOTO

Ələt - Astara magistralında yol nəqliyyat hadisəsi baş verib.

Lent.az APA - nın Cənub bürosuna istinadən xəbər verir ki, qəza magistralın Biləsuvar rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində “KamAZ” markalı yük avtomobili ilə üzərində ekskavator aparan qoşqulu avtomobil toqquşub.

Hadisəyə səbəb qoşqunun sürücüsü Cəlil Məmmədovla, sərnişin qismində olan ekskovatorun sürücüsü Məhəmməd Səfərov arasındakı mübahisə olub.

Nəticədə qoşqu, hərəkətdə olan Zahid Qəhrəmanlının idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, qoşqulu avtomobildəki sürücü və sərnişin spirtli içkinin təsiri altında olublar.

# 2085
avatar

Oxşar yazılar