Bakıda "Milli Ön" aparatı qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonu M.Ə.Sabir küçəsində yerləşən, içərisində 5405 manat olan “Milli Ön” ödəmə terminalı oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.