Hüseyn Abdullayev
09 avqust 2024 16:37 (UTC +04:00)

Hüseyn Abdullayev

Hüseyn Abdullayev həkim nəzarətindədir - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Ədliyyə Nazirliyi həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin infarkt keçirməsi barədə yayılan xəbərlərə reaksiya verib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Hüseyn Abdullayev bu il avqustun 2-də ürək nahiyəsində olan narahatçılıqla bağlı Bakı İstintaq Təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.

Həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib.

Məlumat üçün bildiririk ki, H.Abdullayevin səhhəti həkim nəzarətindədir.

***

saat 10:30

Həbsdə olan "Quska" ləqəbli sabiq deputat Hüseyn Abdullayev infarkt keçirib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Ədliyyə Nazirliyindən hələlik məsələyə münasibət öyrənmək mümkün olmayıb. 

Qeyd edək ki, sabiq deputata hədə-qorxu ilə tələbetmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb.

Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2073
avatar

Arzu Qurbanlı

Oxşar yazılar