Aytən Məmmədova
09 may 2022 13:40 (UTC +04:00)

Aytən Məmmədova

Hücuma məruz qalan jurnalistlə bağlı MEDİA-dan AÇIQLAMA

"Mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə əlaqə saxlanılıb, onun vəziyyəti barədə ətraflı məlumat əldə olunub".

Lent.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin bıçaqlı hücuma məruz qalan jurnalistlə bağlı yaydığı açıqlamada qeyd olunub. Telefon danışığı zamanı bildirilib ki, Agentlik baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır:

"“Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.

Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3504

Oxşar yazılar

Mayamidə azərbaycanlı  suda boğulub öldü

Mayamidə azərbaycanlı suda boğulub öldü

21 may 2025 , 10:49
Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

21 may 2025 , 10:42
Bakıda qadını zorla qaçırdılar:  həbs edilən var -VİDEO

Bakıda qadını zorla qaçırdılar: həbs edilən var -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

21 may 2025 , 09:52
Gəncədə avtomobil piyadanı vurub öldürdü

Gəncədə avtomobil piyadanı vurub öldürdü

21 may 2025 , 00:42