Hikmət Mirzəyev
13 dekabr 2021 09:29 (UTC +04:00)

Hikmət Mirzəyev

Hikmət Mirzəyevin qohumunun evi QARƏT OLUNUB

0

Dünən mediada və sosial şəbəkələrdə Vətən müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı məlumat yayılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, oğurluq faktı H.Mirzəyevin yox, onun yaxın qohumlarından birinin evində baş verib.

Hazırda həmin faktla bağlı bu istiqamətdə araşdırma aparılır.

Qeyd edək ki, yayılan məlumatda hadisənin Saray qəsəbəsində yerləşən evdə baş verdiyi, evdən külli miqdarda oğurluq edildiyi bildirilir.

Xatırladaq ki, H.Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı informasiya yayıldıqdan dərhal sonra Daxili İşlər Nazirliyi açıqlama verərək məlumatı təkzib etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2707

Oxşar yazılar