Heyvan otaran Tərtər sakini  minaya   düşdü
05 fevral 2024 12:20 (UTC +04:00)

Heyvan otaran Tərtər sakini minaya düşdü

Tərtər rayon sakini minaya düşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 58 yaşlı Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupu da hadisə barədə məlumat yayıb. Qeyd olunub ki, fevralın 5-də saat 11:45 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

58 yaşlı Azər Əhməd oğlu heyvan otararkən minaya düşüb. O, ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4107
avatar

Oxşar yazılar