Kamran Əliyev
01 dekabr 2021 13:15 (UTC +04:00)

Kamran Əliyev

Helikopter qəzasından sui-istifadə edənlərə XƏBƏRDARLIQ

"Bəzi şəxslər helikopterin qəzaya uğraması hadisəsindən siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərirlər".

Lent.az xəbər verir ki, bu sözləri Kiyevdə səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Kamran Əliyev bildirib ki, bu faktla bağlı artıq cinayət işi başlanıb. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı əsasında cinayət işi tam və hərtərəfli araşdırılacaq, bu hadisənin bütün səbəb və şəraiti istintaq zamanı öyrəniləcək. İstintaqın gedişi barədə Azərbaycan ictimaiyyəti ətraflı və mütəmadi məlumatlandırılacaq.

Baş prokuror təəssüf hissi ilə qeyd edib ki, bəzi şəxslər tərəfindən bu hadisədən siyasi məqsədləri üçün sui-istifadə hallarına cəhdlər göstərilir, heç bir fakta söykənməyən əsassız şayiələr yayılır:

“Bununla bağlı bildirirəm ki, bu kimi şəxslər barədə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ən sərt tədbirlərin görülməsi təmin ediləcək. Bu faciədən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Həlak olan hərbçilərimizin ailələrinə, yaxınlarına öz adımdan və Baş Prokurorluğun kollektivi adından başsağlığı verirəm, xəsarət alanlara şəfa diləyirəm.”, - deyə Baş prokuror Kamran Əliyev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Mehman Nəbiyev

Oxşar yazılar