Həftəsonu yollarda  8 nəfər öldü
10 iyul 2023 11:17 (UTC +04:00)

Həftəsonu yollarda 8 nəfər öldü

İyulun 8-də və 9-da ölkə ərazisində qeydə alınan 104, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 37  nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 4 nəfər isə xəsarət alib.       

Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1218
avatar

Sevinc Fərid

Oxşar yazılar